image-qanunla-reklam
image-fotojet-2

Xaçmazda evlərə qənim kəsilən dəstə ələ keçdi – FOTO/VİDEO

image-lady-day-az

 

Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir neçə rayon sakini onlara məxsus evlərdən qapını sındırma yolu ilə, pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakinləri Mövlud Bəşirov və Cəlal Səfərəliyev saxlanılıb.

Həmin şəxslərin müxtəlif vaxtlarda rayon ərazisində olan evlərdən külli miqdarda pul, qızıl zinət və müxtəlif növ qiymətli əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki