Xaçmaz şəhərinin N.Nərimanov prospekti 68 ünvanında qadın meyiti tapılıb.
“Qanunla.az” xəbər verir ki, təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.