image-qanunla-reklam
image-91fffedf-f602-34fe-aab7-0600660467e6_850

Xaçmazda qanunsuz işləyən market aşkarlanıb

image-lady-day-az

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xaçmaz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Məhərrəmov Zakir Sabir oğluna məxsus “Ailə market” pərakəndə satış müəssisəsində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, məhsulların saxlanılması zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə, temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin gözlənilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki