image-qanunla-reklam
image-fb_img_1618171231475

Xaçmazda ümumrayon iməciliyi keçirilib-FOTOLAR

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,Xaçmaz rayonun bütün giriş hissələrində, yol kənarlarında yaşıllıqların qorunması və yeni yaşıllıq zolaqlarının salınması istiqamətində işlər sürətləndirilib.

Son dövrlər ərzində magistral yolların kənarlarında, şəhər, qəsəbə və kəndlərdə 20 mindən artıq dekorativ və həmişəyaşıl ağaclar əkilib. Xüsusən Gəndob – Xaçmaz avtomobil yolunun kənarında və Vəlvələçayın yaxınlığında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə, Xocalı faciəsinin qurbanlarının yad edilməsi məqsədilə müxtəlif həmişəyaşıl ağaclar basdırılıb.
Xaçmazda yeni yaşıllıqların salınması ilə yanaşı, əkilən ağaclara vaxtaşırı qulluq göstərilməsidə diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin tapşırığı ilə müxtəlif idarə və müəssisələrin eləcədə yerli bələdiyyə və icra nümayədəliklərinin iştirakı ilə ümumrayon iməcliyi təşkil olunur.
Müxtəlif istiqamətlər üzrə yol kənarlarına əkilən ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib, eləcədə yol kənarları zibil qalıqlarından və alaq otlarından təmizlənib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti iməclik zamanı görülən işlərlə yerində tanış olub, yaşıllıqların qorunması və suvarılması istqiamətində müvafiq tapşırıqlarını verib.
Ümumrayon iməciliyi zamanı Xaçmaz şəhəri ərazisində mövcud olan park və istirahət guşələrində təmizlik işləri aparılıb, səliqə-səhman yaradılıb. Yaşıllıqların suvarılması təmin edilib. İlin sonuna kimi rayonda yaşıllıqların artırılması və yaşıllıqlara qulluq, eləcədə abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

image-fb_img_1618171225937 image-fb_img_1618171231475 image-fb_img_1618171237457 image-fb_img_1618171242011 image-fb_img_1618171245815 image-fb_img_1618171249607 image-fb_img_1618171253569 image-fb_img_1618171263261 image-fb_img_1618171270829 image-fb_img_1618171257578


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki