image-2000_150
image-970_50
image-save_20210328_182749backend

Xalq öz taleyini kimə etibar etdiyini gözəl bilirdi

image-728_90

Xalq öz taleyini kimə etibar etdiyini gözəl bilirdi

Azərbaycan müstəqilliyini əldə etməsinə baxmayaraq öz daxilində də dövlət çevrilişinə cəhdlər, dövlət əleyhinə qiyamlar baş vermişdi. Xüsusi təyinatlı dəstələrin rəhbərliyi ilə bu üsyançılar öz düşərgələrini yaradaraq, açıq şəkildə qiyama qalxmışdılar, dövlət idarələrinə silahlı hücumlar təşkil edir, hakimiyyətə qarşı müqavimət göstərirdilər, hakimiyyəti silah gücünə ələ keçirmək istəyirdilər. Onlar nə ağsaqqalları, nə ziyalıları, nə də yaşlı insanları-öz valideynlərini belə dinləmək istəmirdilər. Xalq kütlələri isə bu hakimiyyət böhranına, anarxiya və özbaşınalığa səbəb olmuş Xüsusu Təyinatlı Polis Dəstəsinin Komandiri Rövşən Cavadova qarşı öz etiraz səslərini qaldırdılar, efir vasitəsilə ziyalı kütlələri bu cinayətkar və xəyanətkar əməllərə son qoyulması üçün etiraz çıxışları edirdilər. Artıq ölkədə dövlət çevrilişi etməyə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri artıq oyanmışdı, ağı qaradan seçməyi düzgün bacarırdı. Başına zülüm gətirilmiş məzlum azərbaycan xalqı artıq onu müstəqilliyə, azadlığa, sülhə, dincliyə, asayişə, firavanlığa gətirib çıxarmış liderini öz xilaskarı kimi tanıyırdı və görürdü. Ona görə də xalq öz dəstəyini aydın şəkildə nümayiş etdirərək Ulu Öndər, ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək 1995-ci il mart hadisələrinə siyasi qiymət verdilər, bu özbaşınalığı qəti şəkildə pislədilər, Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifətin dövlət çevrilişinə cəhdlərinə mane oldular. O zamankı dövlət çevrilişinin qarşısının alınması, vətəndaş qarşıdurmasına son qoyulması, Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyinin vəhdəti bu çevrilişin qarşısının alınmasının ən əsas səbəbi, bariz nümunəsidir. Dövlət çevrilişi ilə bağlı ümumilli liderimizin televiziya və radio ilə xalqa müraciətindən sonra xalq bir yumruq kimi ayağa qalxaraq, öz lideri ətrafında sıx birləşdi, Azərbaycanın bütövlüyünün qorunması üçün var qüvvəsini əsirgəmədi və ümummilli liderimizin Azərbaycanın bütövlüyünün qorunması ilə bağlı tarixi missiyası öz həllini tam şəkildə tapdı və hələ də bu missiya onun siyasi davamçısı-varisi olan Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və həyata keçirilir.

Ülkər Gülağa qızı İslamova,
Saatlı RTŞ-nin metodisti

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki