Xalqa layiqli xidmət nümunəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu Məlikli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. Təşkilat sədri YAP-ın seçki proqramının cəmiyyətin ehtiyaclarına uyğun hazırlandığını və həyata keçirilən bələdiyyə islahatlarının xalqın arzularını gerçəkləşdirmək məqsədi daşıdığını bildirib.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Xanım Qarazadə, Mirdamət Abbasov, Sevda Bağırova, Aygün Mirzəyeva, Gülər Kərimova və Xəyyam Məmmədov yerli özünüidarəetmə orqanlarının fəaliyyətini və həyata keçirilmiş layihələri ətraflı şəkildə təqdim ediblər. Onlar həyata keçirilən bələdiyyə islahatlarının yerli özünüidarəetmə orqanlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu vurğulayıblar.
Seçicilərdən Xəyalə Qarayeva, Ərşad Həmidov və Natiq Abdullayev çıxış edərək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.