Ötən gün Hövsan qəbəsində 32 yaşlı Elşən Hadızadənin öldürülməsi ilə bağlı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
“Qanunla.az” xəbər verir ki, E.Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş yaralar almış şəkildə tapılıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Cütlüyün iki azyaşlı övladı var.