image-qanunla-reklam
image-remish

Xanımından Rəmişin ölümü ilə bağlı şok açıqlama

image-lady-day-az

Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun nəşi birbaşa 1 saylı Kliniki Mərkəzdən qaldırılacaq və “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

QanunlA.Az xəbər verir ki, bu sözləri Rəmişin həyat yoldaşı Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında deyib. O, həyat yoldaşının koronavirusa yoluxmadınğını bildirib:

“Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar… Bu gecə yatmadım. Dedim, bəlkə insafa gəlib, evə gələr.

Morqdan cənazəsini bizə vermədilər. O, koronavirusa yoluxmamışdı. And içirəm ki, korona xəstəsi deyildi. Sadəcə, onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə, adını koronavirus qoydular.

Xəstəxanadan bizə xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar”.

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib: “Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hər söz deyə bilərlər. Allah göydən baxır. Xəstəxananın arxa qapısından yox, təcili yardımın qapısından çıxmışam”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki