image-qanunla-reklam
image-img_20240921_131503

XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA VERİLƏN MESAJ!

image-lady-day-az

XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA VERİLƏN MESAJ!

15 oktyabr 2023-cü il!!!

Bu tarix Azərbaycan xalqı və dövlətinin milli qürur günlərindən biri kimi yaddaşlarda qalacaq. Bu, bircə gündə biz nələrə şahid olduq: on illərdir həsrətində olduğumuz hadisələrə! Milli Sərkərdəmiz, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Sərsəng, Xocalı, Xocavənd, Əsgəran qalası, Malıbəyli, Kərkicahan və nəhayət XANKƏNDİ üzərində bayrağımızı ucaltdı! Sözlə ifadə etmək belə çətindir bu möhtəşəmliyi!

Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımız əbədi ucaldıldı. Ardınca Prezidentin Xankəndidən Azərbaycan xalqına etdiyi müraciət tək region ölkələrində deyil, postsovet məkanında geniş əks-səda doğurdu və hələ uzun müddət də müzakirə mövzusu olaraq qalacaq. Qələbələr asan və rahat əldə olunmur. Bunun üçün ilk növbədə xalqını qələbəyə apara biləcək Lider olmalıdır. Məhz Liderin uzaqgörənliyi, xalqına və vətəninə sədaqəti ölkəni qalib edir və hər bir çətinliyi aşmağa yol açır. 2003-cü il oktyabrın 15-də Qurani-Kərimə əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içən Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev ötən 20 il ərzində verdiyi bütün vədləri layiqincə yerinə yetirərək Azərbaycanı tarixində ən qürurlu məqama yetirdi. Xalqın yekdil qərarı ilə 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyevin siyasi, iqtisadi, sosial, hərbi, ümumiyyətlə, bütün sahələrdə həyata keçirdiyi mükəmməl siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Beynəlxalq təşəbbüsləri, qlobal təhlükəsizliyə verdiyi töhfələri ilə Azərbaycanı dünyanın sayılıb-seçilən ölkəsinə çevirən cənab İlham Əliyevin heç şübhəsiz qarşısına qoyduğu bir nömrəli vəzifə milli maraqlarımızın təmini olub. Onun qəti mövqeyi bu idi: istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarımız işğaldan azad edilməli, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunmalıdır. Əzmkar lider cənab İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində müəyyənləşdirdiyi milli məqsədlərinə doğru qətiyyətlə və inamla irəlilədi və müqəddəs hədəflərinə bir-bir nail oldu, Azərbaycan xalqını pillə-pillə qələbəyə yüksəltdi. Aprel qələbəsi, Günnüt əməliyyatı ilə düşmənlərimizin bağrına qorxu atəşi salındı. 2020-ci ildə cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edilərək xalqımıza illərdən sonra böyük Şuşa zəfəri yaşadıldı. Hakimiyyətə gəlməsinin 20-ci ildönümü günündə – 2023-cü il oktyabrın 15-də  Xankəndidə Azərbaycan bayrağını ucaldan qalib lider İlham Əliyev özü bu barədə deyirdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Hər yerdə bayrağımız dalğalanır ki, bu da bizə sülh, inkişaf və intibah gətirir. Dörd ildir ki, bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalandıqca bu torpaqlara yeni nəfəs qayıdır. Xankəndi səmasında üçrəngli bayrağımızın dalğalanması xalqımıza böyük qürur yaşatdı. İndi bu ərazilər sülh və sabitlik məkanına çevriləcək.

Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu qələbəmiz tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi, Xankəndi də inkişafa qovuşacaq və soydaşlarımız doğma yurdlarına qayıdaraq rahat və təhlükəsiz həyatlarına davam edəcəklər. Bütün bu uğurlara nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sayəsində nail olmuşuq. Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını Xankəndidə ucaldan ilk Lider, Sərkərdə, Baş Komandan, Prezident olaraq da İlham Əliyevin adı şərəf tarixmizə yazıldı. Dövlət başçısı Xankəndi şəhərindəki ilk çıxışında qələbələrimizin memarı olaraq Azərbaycan xalqına, şəhidlərimizə minnətdarlığını ifadə etdi, hər zaman olduğu kimi. Bu, bir böyüklük nümunəsidir. Bu tarixi yazmağı məhz O bacardı!

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki