image-qanunla-reklam
image-save_20210519_162634

Xarıbülbül festivalı

image-lady-day-az

Xarıbülbül festivalı

Şuşanın tarixi görkəminin qorunması, bərpası Azərbaycanın çoxəsirlik zəngin mədəniyyətinin, memarlıq və şəhər salma sənətinin beynəlxalq aləmdə təbliği ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində idi. Bir faktı xatırlamaqla dahi şəxsiyyətin bu şəhərə xüsusi qayğı ilə yanaşmasını aydın görə bilərik. Belə ki, 1977 ci ildə ümummilli liderin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarixi memarlıq qoruğu elan etmək haqqıında” qərar qəbul edilməsi ilə burada abidələrə həssas münasibət bəslənilməsi görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, bir sıra dəyərli layihələr reallaşdırıldı lakin ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüz nəticəsində 08 may 1992 ci ildə Şuşa işğal olundu və şəhərdə xalqımızın zəngin tarixi mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi.
Ötən il 08 noyabrda isə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilərək Şuşa şəhərinin işğalına son qoyuldu.
“Prezident Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciətində dedi;” “28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020 ci il noyabrın səkkizi Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin zəfərimizin günüdür!”
Preziden İlham Əliyev bu il yanvarın 14 də Şuşaya səfəri zamanı qədim mədəniyyət beşiyi olan tarixi şəhərimizin əvvəlki simasına qaytarılacağını bildirdi. Şuşaya onun tarixi mədəni irsinə, təbiyyətinə vurulmuş zərərin təxirə salınmadan inventarlaşdırılması aparıldı, bərpa işlərinə başlanıldı. Bərpa quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün şəhərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi yaradıldı. Şuşa şəhərinin tarixi simasının bərpa olunmasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev deyib: “Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir.Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi Möhtəşəm Xarıbülbül” musiqi festivalının keçirilməsi də bu qruculuq layhələrinin surətlə reallaşdırılması fonunda Qarabağın tarixi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlardan biridir: “Yeri gəlmişkən bu məqamda “Xarıbülbül” festivalının geniş televizya ekranından Ulu Öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı istər tədbir iştirakçılarında, istərsədə bu konserti izləyən miliyonlarla insanda kövrək hislər yaratdı. ” “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya.” Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir.
Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağlarıda belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları isti suyu. Biz onlarsız yaşaya bilmərik.
Bəli, xalqımız Şuşa, Laçın, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər itkisi ilə barışmadı. Silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanın Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020 ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “xoşbəx adamam ki ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin Ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır;-dedi .”
Bundan sonra xalqımız Şuşada əbədi olaraq yaşayacaq, quracaq, gözəlləşdirəcək və inkişaf edəcək. Buna görədə çalışmalıyıq ki, daim Ali Baş Komandanın yanında olaq, yumruq kimi bir olaq!

Mustafayev Asi,
Saatlı rayon O.Mirzəyev adına Şirinbəyli kənd tam orta məktəbin ədəbiyyat müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki