image-970_50
image-fotojet-2021-12-28t103543-122

Xaricdə istirahət etmək sərfəlidir? – QİYMƏTLƏR + VİDEO

image-suni_mayalanma_qiymeti

 

Xaricdə istirahətə üstünlük verən yerli turistlərin əksəriyyəti yeni il tətili üçün əsasən İstanbulu seçirlər.

Turizm üzrə ekspert Murad Əhədzadə “Xəzər Xəbər”ə deyib ki, 2 nəfərlik Türkiyə turları əsasən 4 gecə 5 günlük olur.

Bu ölkədə beşulduzlu hoteldə istirahət turistlərə minimum 1000 dollara başa gəlir.

Dubaya gedənlər də az deyil. Bu ölkəyə təşkil olunan 4 gecə 5 günlük turlar isə 1500 dollardan başlayır.

Murad Əhədzadə deyir ki, bu qiymət turistin seçimindən asılı olaraq arta bilər.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, tətillə əlaqəli bölgələrdə olan hotellərə tələb artıb. Tələb çoxluğu qiymətlərə təsirsiz ötüşməyib. Ekspert deyir ki, yerli hotellərdə istirahət xaricdə istirahətdən heç də ucuz deyil. Beşulduzlu hotellərdə 2 nəfərin istirahət etməsi olduqca bahadır. Üstəlik daxildə yeni il turlarının müddəti 4 gecə 5 günlük deyil, cəmi 2, ya da 3 gün olur.

Ekspertlər deyirlər ki, aviabiletlərin baha olduğunu nəzərə alsaq, xarici hotellərdə istirahət yerlilərlə müqayisədə həm müddət, həm də komfort baxımından daha əlverişlidir. Üstəlik yerli turpaketlərin əksəriyyətində nəqliyyat xərcləri, qarşılama, yola salma kimi xidmətlər olmur.

Daha ətraflı süjetdə:

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki