image-qanunla-reklam
image-1724908899-66d0010e8074166d0010e80742172490779066d0010e8073d66d0010e8073f

Xəstəxanada cibgirlik edən şəxs saxlanıldı

image-lady-day-az

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki