Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə “Qanunla.az”a Agentlikdən məlumat verilib.
Məlumatda deyilir ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 3,5-5,5 m-ə çatacağı proqnozlaşdırılır.