image-2000_150
image-970_50
image-xinbackend

XİN-dən Ermənistanın əsassız bəyanatına – Cavab

image-728_90

Martın 25-də “BBC News” telekanalının efirində azad edilmiş Cəbrayıl şəhərində guya “erməni kilsəsinin yoxa çıxması” barədə məlumat yer almışdı. Azərbaycan bu cür ittihamlara ciddi yanaşır, amma Ermənistanın UNESCO işləri milli komissiyasının “mədəniyyət cinayəti” ilə bağlı hər hansı bəyanatını qətiyyətlə təkzib edir.

Qanunla.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində “mədəniyyət cinayətlərinin” törədilməsi ilə bağlı əsassız bəyanatlarına cavabında deyilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası dəfələrlə mədəni və dini müxtəlifliyin qorunmasına sadiqliyini təsdiqləyib və bu mövqə dəyişməz qalır:

“Kilsənin “yoxa çıxması” məsələsini müəyyən kontekstdə nəzərdən keçirmək lazımdır. Bu tikili Ermənistanın təxminən 30 illik işğalı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında qanunsuz tikilib. Bu ərazilərdə 1993-cü ildə işğal olunandək azərbaycanlılar məskunlaşmışdı”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki