Xızı rayon Heydər Əliyev mərkəzində “Dəmir Yumruq” sənədli filmin təqdimat mərasimi keçirilib.
Xızı rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Real Televiziyasının təşkilatçılığı ilə yayımlanan “Dəmir yumruq” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təqdimatda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində yaxından iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi və qürurla cavab verdiklərindən bəhs edən “Dəmir Yumruq” sənədli filmi mədəniyyət nümayəndələrinin böyük marağına səbəb olub.
Qeyd edək ki, “Dəmir Yumruq” adı ilə tariximizə qızıl həriflərlə yazılan əməliyyat rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illərdir həsrətində olduğumuz Qələbəni bizə yaşadıb. Bu Şanlı Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətini və Azərbaycan xalqının “Dəmir Yumruq” kimi həmrəyliyini bütün dünyaya sübut edib.