image-qanunla-reklam
image-qaramyan554

Xocalı qatili Arşavir Qaramyanın azərbaycanlılara verdiyi İŞGƏNCƏLƏR – Onun oğlu da…

image-lady-day-az

Xəbər verdiyimiz kimi, separatçı rejimin “polkovniki”, hərbi xuntanın “polis generalı”, “Arsax qəhrəmanı” Arşavir Qaramyan 29 sentyabr 2023-cü ildə digər hərbi cinayətkar Levon Mnatsakyanla birlikdə Qarabağdan Ermənistana, Gorusa qaçarkən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qanunla.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə dəhşətli işgəncələr verən Xocalı qatili Arşavir Qaramyan 22 iyul 1965-ci ildə Əsgəran rayonunun Qarabulaq kəndində anadan olub.

1984-1987-ci illərdə Sakit okeanda SSRİ Hərbi Dəniz Donanmasında xidmət edib. 1991-ci ilə qədər Qarabulaq kolxozunda baş iqtisadçı vəzifəsində çalışıb.

Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı fəal döyüşən Arşavir Qaramyan 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. Ov tüfəngləri və əldəqayırma silahlarla silahlanmış dəstə tezliklə böyüməyə başlayıb.

1992-1996-cı illərdə o, 35-ci motoatıcı batalyonun komandiri olub. 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımının təşkilatçılarından və iştirakçılarından biri olub. Arşavir Qaramyan əsir azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Şahidlərin sözlərinə görə, o, azərbaycanlı əsir və girovların dırnaqlarını, qızıl dişlərini çəkib çıxarır, azərbaycanlı qadınların sinələrini və burunlarını kəsib, güllələyib, azərbaycanlıları diri-diri yandırıb, başlarını kəsib daha dəhşətli işgəncələr verib.

Şuşaya və Laçına edilən hücumda onun batalyonu da xüsusi fəallığı ilə seçilib. Qaramyanın bölməsi Turşsu yaxınlığındakı “Teleqüllə” yüksəkliyinin ələ keçirilməsi və erməni işğalçılarının Laçına doğru irəliləmələri üçün dəhlizin açılmasını təmin edib. Arşavir Qaramyan Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Füzulinin işğal edilməsində fəal döyüşüb. İşğaldan sonra müxtəlif dövrlərdə separatçı rejimdə yüksək “vəzifələr” tutub.

Arşavir Qaramyan 2014-cü ildə qondarma rejimin “rəhbəri” Bako Saakyan tərəfindən separatçı rejimin “milli təhlükəsizlik xidməti direktor”u, 2019-cu ildə isə “təhlükəsizlik şurasının katibi” təyin olunub. Lakin 1 il sonra Qaramyan tutduğu “vəzifə”dən azad edilib.

Arşavir Qaramyan Azərbaycan bayrağını təhqir etdikləri üçün Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan 3 erməni futbolçuya görə rus sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edərək kəskin tənqid etmişdi. Onun oğlu Vardan Qaramyan da müxtəlif vaxtlarda Azərbaycan Ordusuna qarşı həm snayper, həm də dron pilotu kimi fəaliyyət göstərib…

Sosial şəbəkələrdə azərbaycanlılar Xocalı qatili Qaramyana ən ağır cəza verilməsini tələb edirlər.

Qeyd: Yazıda istifadə olunan məlumatlar “Belə-belə işlər” layihəsinin hazırladığı videolentdən götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki