Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
DİN mətbuat mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2 352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.