image-qanunla-reklam
image-fotojet-4

Xocavənddə erməni ordusuna məxsus silah-sursat tapıldı – VİDEO

image-lady-day-az

 

Xocavənd rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.

Polis əməkdaşları bir minaatan qurğusu, iki qumbaraatan, səkkiz top mərmisi və 6 200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki