Bu gün Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Qanunla.Az xəbər verir ki, günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. “Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.