image-qanunla-reklam
image-img_20210607_120645

Xoşbəxtlik axtarıram-Leyla Yaşar

image-lady-day-az

Xoşbəxtlik axtarıram…

Xoşbəxtlik bagına girməyə tələsirdim.Ancaq bagın qapısına çatanda qapını baglı gördüm..Məyus olaraq geri qayıtdım…Yolda Ümidlə rastlaşdım .çox şən görünürdü. Yenə kimisə aldatmışdı..mənə də ürək dirək vermək istədi..ancaq alınmadı ..Yoluma davam etdim.Arzunu yolun kənarında oturub fikrə getdiyini gördüm ..Yaxınlaşdım hal – əhval tutdum ,çox bikef görsənirdi. Neçə illərdi oturub gözləyirəm deyə gileyləndi..Ona təsəlli verəcək bir söz tapmadım ..Bir az yol getmişdim ki Xəyalla rastlaşdım. həmişəki kimi öz kefində idi..kefini pozmaq istəmədim..Beləcə yol boyu fikirləşə – fikirləşə getməyə başladım..çox getmişdim yolda birinin yatdığını gördüm..Bəxt idi…Ayıltmaq istədim ayılmadı. Nə qədər çalışdımsa,alınmadı…bircə söz işlətdi :…qoy yataq” Başımı aşağı salıb bikef ,gözüm doluxsuna -doluxsuna meşəyə girdim…hava qaralırdı..iki işıltı gördüm..biri kirli paslı,biri tər təmiz ağ paltarda oturmuşdu..məni görən kimi ağ paltarlı üstümə qaçdı..Sağlamlıq idi..çox sevindim…Axır ki bu gün xoş bir şeylə qarşılaşmışdım…Başa düşdüm ki Xoşbəxtlik bağına gedən yol Sağlamlıqdan başlayır.

Artıq bağın qapısını aça bilərdim……


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki