image-qanunla-reklam
image-img_20211018_070004

Xudafərin körpüsünün azad olunmasından 1 il ötür

image-lady-day-az

Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Qanunla.Az-ın xəbərinə görə, Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi – Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki