image-qanunla-reklam
image-yenigundem_76b0a9656485e9b384014c9e8d8b1603_k57qxy9jvpoa01sgb243-620x460

YAP-çı deputat yazıçılar və şairlərlə görüş keçirdi – FOTOLAR

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Əli Nəzmi ədəbi birliyinin sədri və üzvləri ilə görüş keçirib.

“Yeni Gündəm”in məlumatına görə, millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Ölkə başçısının son dövrdə bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər diqqət və qayğının bariz nümunələridir.
​Həmçinin millət vəkili rayonun ziyalıları – zəngin həyat və iş təcrübəsi, əhali arasında hörmətə malik şəxslərlə görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərəcək.
​Tədbirdə çıxış edən ziyalılar ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
​Görüşün sonunda ziyalılar tərəfindən irəli sürülən təkliflərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, ədəbi birliyin sədri Ələsgər Əli oğlunun millət vəkilinə olan müraciəti müsbət həllini tapıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki