image-qanunla-reklam
image-1

YAP Saatlı rayon təşkilatı 3 saylı Ərazi Partiya Təşkilatında “Qurtuluşdan İnkişafa” adlı tədbir keçirilib-FOTO

image-lady-day-az

13 iyun 2024-cü il tarixdə YAP Saatlı rayon təşkilatı “3 saylı Ərazi Partiya Təşkilatında” 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan İnkişafa” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qanunla.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biridir. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, fədakarlıqla sevirdi. Məhz Ulu Öndərimizin bu fədakarlığı və dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali insani keyfiyyətləri Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Bu gün biz birmənalı olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan hər zaman problemlərin həllinə doğru qətiyyətlə irəliləyən, bütün sahələrdə dinamik inkişaf edən, insan amilinin uca tutulduğu bir ölkə olub. Lakin Azərbaycanı müstəqilliyimizin ilk illərində dücar olduğu bəlalardan və hələ qarşıda bizi gözləyən daha böyük təhlükə və fəlakətlərdən xilas etmək üçün Ümummilli Liderimiz çox əziyyətlər çəkib, çox böyük səylər göstərib. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam olaraq bərpa edildi və bununlada uzun illərdən sonra qurur və fəxarət hissi ilə bu bayramı qeyd edirik. Xalqımız öz Ümummilli Liderinin, böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Şuşa Bəyannaməsinin Azərbaycan xalqı üçün tarixi bir günə – 15 İyun Milli Qurtuluş Gününə təsadüf etməsi isə ayrıca qeyd olunmalı vacib bir nüansdır. Bu möhtəşəm bəyannamənin məhz 15 iyun tarixdə imzalanması təsadüfi hadisə deyildi. Azərbaycan dövlətçiliyinin xilas günü kimi səciyyələndirilən 15 iyun tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə daha da əzəmətlənərək xalqımız üçün ikiqat bayrama çevrildi.

Həmçinin tədbirdə 3 saylı Ərazi Partiya Təşkilatının sədri Günay Sultanova və digər çıxış edənlər bildirdi ki, Azərbaycan xalqı bu günlər tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Artıq həmin tarixdən 30 il ötür. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması ilə səciyyələnir. Ulu Öndər Heydər Әliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 20 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda təməlllər atır, bayram tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bütün bu nailiyyətlərin əsasında isə qurtuluş məfkurəsi dayanır!

image-1image-2image-3image-4image-5image-7

image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki