image-970_50
image-18396086

YAP Salyan rayon təşkilatının X hesabat konfransı keçirilib

image-728_90

Avqustun 30-da Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi davamlı uğurlarda Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür. YAP daim ölkə həyatının bütün sahələrində ön sıralarda olub, xalqa, dövlətə, dövlətçiliyə, ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsinə  xidmət etməklə ümumxalq partiyası olduğunu təsdiq edib. YAP Salyan rayon təşkilatı verilən tapşırıqların yerinə yetirilməsinə öz töhfələrini vermək üçün fəaliyyətini müasir tələblərə uyğun qurmağa səy göstərir.

YAP Salyan rayon təşkilatının hesabat dövründə keçirdiyi tədbirlərdən danışan R.Cəbrayılov onu da qeyd edib  ki, rayon təşkilatı 92 ərazi ilk partiya təşkilatında  7791 üzvü birləşdirir.

Onların 3584 nəfəri qadınlar, 3489 nəfəri isə gənclərdir.

Sonra Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Nəzarət Təftiş Qrupunun sədri Əliağa Mustafayevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Salyan rayon təşkilatının İdarə Heyətinin üzvü, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, YAP Salyan rayon təşkilatının İdarə Heyətinin üzvləri – Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və  Şəkərli kənd ümumi orta məktəbinin direktoru Səlimağa Səlimli, YAP Salyan rayon təşkilatı Qadınlar Şurasının üzvü,  Salyan şəhəri 4 saylı tam orta məktəbin direktoru Gülər Quliyeva hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının Qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirib, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb: “Bu baxımdan VI Qurultaydan ötən üç ildə mühüm uğurlara imza atan YAP-ın VII Qurultayı partiyanın tarixində növbəti dönüş nöqtəsi oldu. VII Qurultayda qəbul olunan qərarlar, dövlət başçısı və partiyamızın Sədri cənab İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələr göstərir ki, hər zaman siyasi proseslərin  önündə olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə daha fəal, yeni keyfiyyətdə qədəm qoyur və fəaliyyətini yeni tələblərə uyğun quraraq  bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.”

Partiya fəaliyyətinin tənzimlənməsinin yeni mexanizmindən bəhs edən Ə.Tağıyev YAP Salyan  rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Konfransda YAP Salyan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 

Kanal4.az

Emin Xuduyev

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki