image-970_50
image-1614409997_155247953_184901786741525_6071529065341564048_o

YAP Zərdab rayon təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib-FOTO

image-728_90
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində ağacəkmə kampaniyası keçirilib. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində, fevralın 23-də soyqırım qurbanlarının xatirəsinə 613 ədəd ağac əkilməsi tədbirində YAP Zərdab rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları və qaziləri fəal iştirak ediblər. Heydər Əliyev parkında, Kürkənarı parkda və Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin abidəsi ətrafında 310 ədəd şam və sərv ağacı, Zərdab-Ucar avtomobil yolunun 1-ci km-də, yolun kənarındakı 3 hektara yaxın ərazidə 600 ədəd tut tingi əkilib. Ağac əkilmiş ərazilər seçilərkən suya çıxışının olması təmin edilib.
26 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videoformatda anım tədbiri keçirilib. Tədbirdə YAP  Zərdab  rayon təşkilatının Şurasının , qadınlar şurasının, gənclər birliyinin üzvləri  və ərazi ilk partiya təşkilatının sədrləri və YAP fəalları iştirak ediblər.
Tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb.
YAP Zərdab rayon təşkilatının sədr müavini, 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova çıxış edərək bildirdi ki, bu il fevralın 26-da Azərbaycanın Dağlıq-Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımının 29 ili tamam olur. Bu hüznlü gündə Azərbaycan xalqı erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. XX əsrin faciəsi olan Xocalı soyqrımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistan dövlətinin rəsmi siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonra “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusu ətrafında YAP Zərdab rayon təşkilatının Şura üzvləri, Qadınlar şurasının sədri Xəyalə Veyisova, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa İsgəndərov, Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev,  Gənclər Birliyinin sədri Rəmzi Şirinov, YAP fəalları Maisə İsmayılova və Zülfiyyə Əhmədova çıxış edərək ermənilərin işğalçılıq siyasəti, zaman-zaman Azərbaycanlılara qarşı törədilmiş terror və soyqırımı aktları barədə ətraflı məlumat veriblər. Onlar ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklərin ötən əsrin ən dəhşətli faciəsi olduğunu bildiriblər.
Xocalı qətliamı, onun qurbanları heç zaman unudulmamalıdır və unudulmayacaq. Bu bizim üçün qan yaddaşı, dünya üçün isə erməni faşizminin qəddarlığının və vəhşiliyinin simvolu kimi yaşamalıdır.
Allah Xocalı şəhidlərinə, Vətən yolunda canını qurban vermiş bütün şəhidlərimizə rəhmət etsin!










 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki