image-qanunla-reklam
image-258188599_3149460171996799_6130193140884556941_n

YAP Zərdab rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib-FOTO

image-lady-day-az

YAP Zərdab rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki,Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsi YAP Zərdab rayon təşkilatının qərargahında pandemiya şərtlərinə uyğun davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova 29 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolundan danışıb. Natiq qeyd edib ki, “Yeni Azərbaycan Partiyasının müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında olması onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Daxili və xarici siyasət strategiyasının aydın konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna rol oynayır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.”
P.Mahmudova bildirib ki, bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü qalib xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd edirik. Cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının, Ali Baş Komandanı cənab İlham Əliyevin polad iradəsi, yüksək sərkərdəlik qabiliyyəti, qətiyyəti və xalqın ona olan inamı sayəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı hesab olunan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin bir neçə mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Məhz onun yüksək diplomatik məharəti sayəsində Ermənistan üçtərəfli Bəyanata imza atmaqla Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu və ölkəmiz 30 ilə yaxın davam edən işğal faktına öz hərbi-siyasi gücü ilə son qoydu.
İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı quruculuq və bərpa dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da cənab Prezident İlham Əliyevlə birlikdə, çiyin-çiyinə mübarizə aparmış, ordumuza, xalqımıza mənəvi güc verərək dəstək olmuş, əsl həqiqətlərin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir. Qalibiyyətlə bitən müharibədən sonra Ali Baş Komandan İlham Əliyevlə birlikdə Mehriban xanım Əliyeva ilə birlikdə Milli Ordumuz tərəfindən azad olunmuş kənd, şəhər və rayonlara ziyarət səfərləri, şəhid ailələrinə yaralı döyüşçülərimizə hərtərəfli qayğı, talan edilib dağıdılmış yurd yuvalarımızın bərpası üçün başladığı irimiqyaslı layihələr xalqımız tərəfindən minnətdarlıqla qarşılanır.
Tədbirdə “Maliyyə idarəsi” ərazi ilk partiya təşkilatının sədri Etibar Hacıyev, YAP fəalı Maisə Xəlilova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla ölkədə həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artıb, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəlib.
Daha sonra Rayonun ictimai-siyasi həyatında və Vətən müharibəsində fəal iştirak edən bir qrup partiya fəalına Fəxri Fərmanlar verilib, YAP sıralarına yeni qəbul olunmuş bir qrup fəal gəncə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaydan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə ağacəkmə kampaniyası keçirilib.

image-258731041_217411763869019_8780200934339739970_n

image-258533609_1592647574460777_8556563036076389693_n

image-258207668_289006999778693_5086816116997572092_n

image-258874798_421468359613475_5862522341910041066_n

image-258753082_4633919576673687_7330316535469503927_n

image-258515375_491749525364898_7813542857849053854_n

image-258884000_260643642708441_9195686700155209182_n

image-258260074_3141374096091666_3834687952056228227_n

image-258516139_1523378191334584_1199465857983931232_n

image-258884514_1541565656209245_2012036850822707989_n

image-258891656_279941530728518_7337720805443035209_n

image-259051777_266272412212729_2087181096967604709_n

image-259656949_589345805511581_3686104421500087776_n

image-258578600_1078989882932268_5180704183418242346_n

image-259091691_357909899425036_5999240945345377097_n

image-258252864_493271561815329_4295583737593547540_n

image-258245458_625534788636532_2868317737324696719_n

image-258861570_2627616360716865_4529624925360433187_n

image-258883668_965381361002494_1411137158475134765_n

image-258723056_231869325700295_84619018833361515_n

image-258859376_912120162759704_735154520735026231_n

image-258381739_704016067182760_2957379915146935368_n

image-258881698_181799404163812_4369231065440486501_n

image-258881811_425652009194131_8830859510580613027_n-1

image-258843228_942124476706688_403657880036387081_n

image-258958150_249497527165788_249907537246623095_n

image-259257667_660615975313968_2222961529786235760_n

image-258423495_451494106404770_1090622373775074372_n

image-258881476_949272002341952_1275852740926361877_n

image-258877249_3203885739839720_7813829058274912783_n

image-258486072_1783417215199578_7237657115363380414_n

image-258836415_280868433975840_5202674723917952189_n

image-258708421_616698409363293_3772941717379605845_n

image-259356627_297646155601887_7699792406311048754_n

image-258851297_627122975109317_4993043822562165849_n

image-258739019_441653763992387_4083979572145228797_n

image-259605674_1219953875193864_8239319539328652646_n

image-258815533_632178457937827_38771781078548131_n

image-258457372_719074769053899_8508806688461897320_n

image-258234329_4565247663564661_6555728601543321549_n

image-258494496_3066988176945601_6161898788693700324_n

image-258606999_4779754712045470_3994795159575596057_n

image-258281153_1876932735847282_6031289122003906804_n

image-258188599_3149460171996799_6130193140884556941_n

Qanunla.Az

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki