image-qanunla-reklam
image-img_20211011_064712

Yaponiya mətbuatı Əliyevin Hadruta səfərindən yazdı

image-lady-day-az

Oktyabrın 10-da Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri barədə məlumat yayıb.

Qanunla.Az xəbər verir ki, məlumatda Azərbaycan Prezidentinin Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması öz əksini tapıb.

Yaponiya saytı dövlətimizin başçısının Xocavənd rayonunun ictimaiyyəti ilə görüşməsi və onlarla birlikdə Tuğ kəndinə getməsi barədə də məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki