Yaponiyanın Honşu adası sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Qanunla.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Mito şəhərindən 40 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.