Moskvada iyunun 21-də MDB İqtisadi Şurasının iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.
Qanunla.Az-a xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İclas iştirakçıları MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2023-cü il üçün inkişafı üzrə əsas məqsədli makroiqtisadi göstəricilər haqqında məlumatları dinləyiblər.
İqtisadi Şuranın növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskvada keçirilməsi planlaşdırılır.