image-qanunla-reklam
image-1626332926-a6a9a06d-79d6-315e-890f-ac97aace9f1f_850

Yasamalda qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlandı – SİYAHI

image-lady-day-az

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yasamal rayonu üzrə keçirdiyi növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdiklərini aşkar edib.

AQTA-dan Qanunla.Az-a verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə A keçidinin kəsişməsində yerləşən, fiziki şəxs Muradov Zakir Vəlixan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, bina 7 ünvanında yerləşən, fiziki şəxs Əliyarov İsrayıl Kamran oğluna məxsus heyvan kəsimi məntəqəsi.

4. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 59 ünvanında yerləşən, fiziki şəxs Həşimov Hacıbala Mikayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 16 ünvanında yerləşən, fiziki şəxs Qafarov Rəfail Rafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki