image-qanunla-reklam
image-1608563272069_etvgmpxp

Yaşat Fondunun şəffaf fəaliyyəti dövlətə İctimai etibarı artırır

image-lady-day-az

Yaşat Fondunun şəffaf fəaliyyəti dövlətə
İctimai etibarı artırır

Şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi istiqamətində dövlətimiz tərəfindən həmişə mühüm addımlar atılmışdır. Dövlət başçımız cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “Yaşat” fondunun yaradılması dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədini daşıyır. Vətəndaş cəmiyyəti təşəbbüslərinin gerçəkləşdirilməsi üçün yaradılmış bu fond AR-nın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərini, əlilliyi müəyyən olunmuş hərbi qulluqçular, və habelə işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən və müharibənin nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlil olmuş dövlət orqanlarının əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstəkdir.
Azərbaycan xalqı qədir bilən və hümanist xalqdır. Eyni zamanda xalqımız həm mərhəmətli, həm də səxavətli bir xalqdır. Bizim digər xalqlardan fərqləndirən cəhətlər çoxdur. Vətən müharibəsi dövründə xalqımız tərəfindən Dövlət Rəhbərimizin ətrafında şanlı ordumuzla nümayiş etdirilən monolit milli birlik nəticəsində düşmən üzərində zəfər qazandıq.Əlbəttə vətənin müdafiəsində fədakarlıq göstərmiş əsgər və zabitlərin, şəhid ailələrinin sosial ehtiyyacları heç zaman unudulmur, onlar ev və mənzillərlə təmin edilir, müalicələri dövlət hesabına aparılır. Bir sözlə dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir.
“Yaşat” fondu isə ictimai platformadan dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək olmaqla bu işin daha da sürətlənməsinə və yaxşılaşdırılmasına təkan verir. Müharibə dövründə olduğu kimi, bu Fond müharibənin acı nəticələrini aradan qaldırmaq üçün xalqımızla dövlət rəhbərimizin birliyini təcəssüm etdirir. Fond yarandığı gündən bu günə kimi şəffaf fəaliyyət göstərir. Bu şəffaflığı “Yaşat” fondunun işini təşkilini məsələsini “ASAN” xidmətdə çalışan şəhid ailələrinin üzvlərinə və qazilərə həvalə olunması özü təsdiqləyir. Və eyni zamanda, Fonda daxil olan vəsaitlə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətin nəzərinə çatdırılır. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xaricdə yaşayan soydaşlarımızın, habelə digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar hesabına formalaşdırılır. Bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin ən bariz göstəricisidir. Saatlı rayon ictimaiyyətinin də bu göstəricidə öz töhfəsi vardır.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki