image-qanunla-reklam
image-5f7b6f71ca445-6_1200

Yaşlı qadın özü-özünü əməliyyat etdi – FOTO

image-lady-day-az

 

Rusiyada qəribə hadisə baş verib. Belə ki, Leninqrad vilayətinin Vıborq şəhərində onkoloji xəstə olan yaşlı qadın ümidsiz vəziyyətdə özünü əməliyyat edib: toplanan mayenin çıxması üçün qarın boşluğunu bıçaqla kəsib.

Qadın bundan əvvəl hər ehtimala qarşı, ölümqabağı məktub da yazıb.

Hadisə ilə bağlı Rusiyada “Evə hospis” (“Xospis na domu”) tibb müəssisəsinin rəhbəri Yekaterina Ovsyannikova danışıb.

Onun sözlərinə görə, xərçəngə görə qadının qarın boşluğuna su toplanıb – astsit yaranıb. Bu cür fəsad zamanı yerimək, uzanmaq olmur, nəfəs almaq çətinləşir.

Təqaüdçü qadın vaxtında yardım ala bilmədiyindən, özü qarının ön divarı boyunca nazik bıçaqla kəsiklər edərək cərrahi müdaxilə – laparosentez qərarına gəlib. Bundan əvvəl isə hər ehtimala əməliyyatı özünün etdiyinə dair məktub yazıb.

Tibb işçisi qadının necə tapıldığı barədə məlumat verməyib. Ancaq onun sözlərinə görə, Viborq sakininin həyatını xilas etmək mümkün olub, o, hazırda xəstəxanadadır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki