image-qanunla-reklam
image-marko-rubio21

Yəmənə zərbə: ABŞ Rusiyanı məlumatlandırdı

image-lady-day-az

ABŞ tərəfinin təşəbbüsü ilə martın 15-də Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, ABŞ tərəfi Qırmızı dəniz bölgəsində husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı barədə məlumat verib.

“ABŞ nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Sergey Lavrov bütün tərəflərin güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini, növbəti qan tökülməsini istisna edən həll yolu tapmaq məqsədi ilə onlar üçün siyasi dialoqa getməyin vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.

Bundan başqa, fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunmuş qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki