image-qanunla-reklam
image-fb_img_1637068976827

Yeni Azərbayan Pariyası Zərdab rayon təşkilatının bir qrup fəalı Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib-FOTO

image-lady-day-az

Noyabrın 13-də Yeni Azərbayan Pariyası Zərdab rayon təşkilatının bir qrup fəalı Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üstə gül dəstləri qoyublar. Daha sonra Şanlı qələbəmizin rəmzi olan Hərbi Qənimətlər Parkı ziyarət edilib.
Şəhidlər Xiyabanını ziyarət edən partiya fəalları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinə ehtiramlarını bildirmişlər.
Partiyanın fəalları 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.
Qeyd edək ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı paytaxtın Xətai rayonunda yerləşir.
Hərbi Qənimətlər Parkını ziyarət edən partiya fəalları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərə maraqla baxıblar. Ziyarət zamanı YAP Zərdab rayon təşkilatının nümayəndələrinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə də tanış olublar. Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndirən və onlarda böyük qürur hissi yaşatdığını qeyd edən partiya fəlları buradan yüksək təəssüratlarla ayrılıblar.

image-fb_img_1637068961105image-fb_img_1637068965928 image-fb_img_1637068970080 image-fb_img_1637068973820 image-fb_img_1637068976827 image-fb_img_1637068979656 image-fb_img_1637068985721 image-fb_img_1637068995005 image-fb_img_1637069001706 image-fb_img_1637069007656


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki