image-qanunla-reklam
image-235079076_1262995230803196_7833079721321584645_n

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə tədbir keçirildi- FOTO/ VİDEO

image-lady-day-az

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yaranmasının
28-ci ildönümü münasibətilə tədbir keçirildi.

Avqustun 14-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı yaranmasının 28-ci ildönümünü pandemiya qaydalarına əməl etməklə qeyd etdi.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri,pandemiya qaydalarına əməl etməklə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzdülər.
Tədbirin rəsmi hissəsi YAP Zərdab rayon təşkilatının iclas zalında davam etdi. Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi.
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə təşkilat üzvlərini təbrik etdi. Natiq qeyd etdi ki Yeni Azərbaycan Partiyası və partiyanın rayon təşkilatı olduqca çətin və keşməkeşli bir şəraitdə yaranmışdır. O zaman dövlətimizin və xalqımızın ciddi təhlükələrlə və sınaqlarla üz-üzə qaldığı bir vaxtda xalqın inam və etibarı, təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Partiyanın yaradılması, daha sonralar onun ətrafında xalqımızın ziyalı, maarifpərvər, vətənpərvər insanlarının toplanması böyük uğurların qazanılmasına gətirib çıxardı. Sevindirici haldır ki, bu gün partiyamız dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni-yeni islahatlara və qələbələrə imza atır.
Təşkilat sədri, həmçinin  sentyabrın 27-dən etibarən başlayan rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın öz hərbi qüdrətini göstərdiyini diqqətə çatdırdı.Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğalçı erməni ordusu darmadağın edildi. Bununla da, böyük qələbəyə imza atıldı.
P.Mahmudova qeyd etdi ki, 28 il öncə, 14 avqust 1993-cü ildə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təsis konfransı keçirilmişdir. Ötən müddət ərzində rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından inkşaf etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında 61 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.Hazırda təşkilatın üzvlərinin sayı 6 min bir yüz nəfərə yaxındır ki, bu da rayon əhalisinin 10 faizindən çoxunu təşkil edir. Rayon təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bu sözsüz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Hazırda Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında gənclərin sayı 1435 nəfər, qadınların sayı isə 2872 nəfərdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Zərdab rayonunda yüksək səviyyədə icra olunması qarşıya qoyulan proqram və vəzifələrin reallığa çevrilməsinə, tikinti, quruculuq abadlıq işlərinin geniş vüsət almasına, bütün sahələrdə inkişaf, yenilik və müsbət nəticələrin əldə olunmasına bir sözlə insanların həyat səviyyəsinin, güzaranının yaxşılaşmasına gətirib çıxarmışdır.
Daha sonra çıxışlar dinlənildi :
Yap Zərdab rayon təşkilatının Şura üzvləri Nailə Əliyevə , Ramiz İsayev, Qafur Məmmədov və digərləri partiyanın yaranma tarixi, bu günki fəaliyyəti və gələcək perspektivləri barədə çıxış etdilər.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyərək, prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməklə sərhədlərinin toxunulmazlığını bərpa etmiş bütöv, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün daha əzmlə çalışacaqlarını qarşıya məqsəd qoyduqlarını söylədilər.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki