image-qanunla-reklam
image-087271b00b1fdb2e3e4d7370e7bc3a94

Yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasət uğurları biri-birini əvəzləyir

image-lady-day-az

Yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasət uğurları biri-birini əvəzləyir

Azərbaycan 44 gündə  tarixi  Zəfərə imza atdı. Bundan üç il sonra həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyini tam bərpa etdi və bununla da Cənubi Qafqazda yaratdığı yeni  reallıqlarla dünyanın diqqətində oldu. Yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasət uğurları biri-birini əvəzləyir. Azərbaycanın istər qonşu, istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezdient İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.
Dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyinin şahidinə çevrilib və bu gün də şahidlik edir. Günümüzün reallıqlarına söykənərək böyük əminliklə qeyd edirik ki, bu gün bu birlik, həmrəylik bütün türk  dövlətlərinin qardaşlığında ehtiva olunur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində  nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya  ölkələrinə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan-İtaliya münasibətləri davamlı əməkdaşlıq və strateji tərəfdaşlıq örnəyinə çevrilib

İtaliya ölkəmizin Avropa regionunda ticarət dövriyyəsi baxımından birinci yeri tutur. İki dövlət qeyri-xammal sektorunda da ticari-iqtisadi əməkdaşlığı dinamik inkişaf etdirir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bildirdiyi kimi, 10 il əvvəl qəbul edilmiş müvafiq Bəyannamə uzun illər ərzində Azərbaycanın və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyətinə əsas yaradır: “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi qiymətləndirilir. Bu illər ərzində Azərbaycan-İtaliya münasibətləri davamlı əməkdaşlıq və strateji tərəfdaşlıq örnəyinə çevrilib. İki dost ölkə arasındakı qarşılıqlı münasibətlərin belə bir xarakter qazanması Cənubi Qafqazın lider dövləti ölan qalib Azərbaycanın dinamik inkişafını həzm edə bilməyən qüvvələrə, ermənipərəst mövqe tutan Avropa dövlətlərinə, o cümlədən Fransaya da bir ismarıcdır. Artıq hər kəs görür ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin qərəzli yanaşmalarına cavab olaraq rəsmi Bakı ikitərəfli əməkdaşlıq çərçivəsində öz nüfuzunu yüksəltməkdədir və eyni zamanda, Azərbaycanla dost olmaq istəyən dövlətlərə də yüksək dividendlər vəd edir. Bu gün Azərbaycanın Avropanın enerji təchizatında son dərəcə mühüm yer tutduğu inkaredilməz reallıqdır. Bu, dövlətimizin başçısının İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə, forum və toplantılarda kifayət qədər dolğun şəkildə  vurğulanıb.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Mənəvi və humanitar mühit hər bir halda siyasətə də təsirini göstərir

Avropanın mərkəzində yerləşən İtaliya nəinki qitənin, bütövlükdə dünyanın qədim mədəniyyət mərkəzlərindən və sivilizasiya ocaqlarından biridir, burada  ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin necə böyük önəm daşıdığı ortaya çıxmış olur. Buna qədər Azərbaycan-Türkiyə Universitetinin və Azərbaycan-Rusiya Universitetinin təsis edilməsi ilə bağlı təşəbbüslər artıq reallaşmaqdadır. Azərbaycan dövləti İtaliya ilə müştərək təhsil məsələsini qaldırmaqla həm də ikitərəfli münasibətlər sisteminə ayrıca stratei seqment əlavə edir. Bu ideya Azərbaycan cəmiyyətinin Avropa haqqında təsəvvürünün daha dolğun şəkildə formalaşması və əksinə, “Qoca qitə”nin Azərbaycan xalqı, onun mədəniyyəti, məişəti ilə daha yaxından tanış olmaq imkanı deməkdir. Məsələyə siyasi baxımdan yanaşsaq, bir məqamı vurğulaya bilərik. Mənəvi və humanitar mühit hər bir halda siyasətə də təsirini göstərir.
Dövlətimizin başçısı bu il Böyük Britaniyaya, Almaniyaya və Avropanın digər paytaxtlarına, həmçinin Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirib. Bu səfərlər onu göstərir ki, ölkəmizin şaxələndirilmiş xarici siyasət kursu fəaliyyət məhsuldarlığı və istiqamət müxtəlifliyi ilə səciyyələnir. Nəticə isə göz önündədir. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu uğurla icra edir, ölkəmizə inam və etimad daha da artır, onun dövrün mürəkkəb siyasi kataklizmlərinə qarşı mövqeyini gücləndirir. Tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi tarixə düşəcək. Azərbaycan-İtaliya əməkdaşlığı respublikamızın qlobal aktorluq ampluasını daha da zənginləşdirəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi-iqtisadi və ticarət tərəfdaşıdır

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Yaxın münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və İtaliya Prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük önəm daşıyır.
“The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan və sayca 50-ci olan Beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir. 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.
İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına tam cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi-iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də dövlətimizlə sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Eyni zamanda, tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də bu ölkələrin həmin sahədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki