image-970_50
image-my

Yeni dünya nizamında Qarabağ faktoru – VİDEO

image-suni_mayalanma_qiymeti

 

Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur.

Dövlət başçısının da qeyd etdiyi kimi, artıq dünyada beynəlxalq hüquq yox, güc amili böyük rol oynayır.

Məsələn, Təhlükəsizlik Şurasının qərarı ilə BMT sülhməramlıları bir gecənin içində Liviyaya girdiyi halda, həmin qurumun Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərindən erməni silahlılarının çıxarılması ilə bağlı qətnamələri uzun illər elə kağız üzərində də qaldı. İndi də Ukraynanın timsalında bitmək bilməyən güc savaşı dünyada qütbləşmənin dərinləşməsi, qanunun aliliyinin heçə sayıldığının bariz nümunəsidir. Odur ki, gedən qlobal siyasi proseslərə nəzər salsaq görərik ki, artıq gücün haqq hesab olunduğu bir mərhələyə çatmışıq.

Bu gün böyük güclər açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün ikinci plandadır. Dünyada hazırda gücün ədalət hesab olunmasının əsas səbəblərindən biri də BMT Təhlükəsizlik Şurasının cəmi 5 ölkədən ibarət olmasıdır. Çox vaxt maraqları üst-üstə düşməyən bu dövlətlər dünyanın ali qurumunda qərarların qəbulu və icrasında şəxsi maraqlarından çıxış edir ki, bu da qəbuledilməzdir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki