image-qanunla-reklam
image-ise-qebul

Yenilik: Artıq evdən işləməyə icazə veriləcək

image-lady-day-az

Azərbaycanda məsafədən görülən iş-yəni distant əmək fəaliyyəti rəsmiləşdirilir. Bununla bağlı əmək qanunvericiliyinə ediləcək dəyişikliklər artıq aidiyyatı qurumlara göndərilib. Bu dəyişiklik təsdiqini tapandan sonra bir sıra fəaliyyət sahələrində çalışanlar iş yerinə getmədən əmək müqaviləsi ilə işləyə biləcəklər.

 

Qanunla.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Azərbaycanda distant, yəni məsafədən iş rəsmi qaydaya keçir. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təklifi ilə “Əmək məcəlləsi”ndə ediləcək dəyişikliklərdə əksini tapıb.

 

Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirib ki, müasir bazar iqtisadiyyatı və pandemiya şəraitində belə bir dəyişikliyin edilməsinə ciddi zərurət yaranıb.

 

Onun sözlərinə görə, distant işin əmək məcəlləsinə təklif edilən dəyişiklikdə konkret izahı verilir:

 

“Bu izahla da distant işlərin siyahısı genişlənəcək və bir sıra fəaliyyətlərdə bunun tətbiqi mümkün olacaq”.

 

Nazirliyin şöbə müdiri distant işlə bağlı yeniliklərin hazırda hansı mərhələdə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda təkliflər Ədliyyə nazirliyindədir.

 

Onu da qeyd edək ki, hazırda dünyanın xüsusilə informasiya texnologiyaları üzərində qurulan bir çox tanınmış şirkətləri məhz işçiyə ofis məhdudiyyəti qoymur. Hətta işçilərin şirkətin olduğu ölkədə yaşaması tələbi belə aradan qalxıb. Bu isə şirkətlərə daha təcrübəli işçilər toplamaq imkanı verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki