Yevlax rayonunda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
“Qanunla.Az”ın məlumatına görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü N.Bayramov Yevlaxda iş görən zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqilinə toxunub.
Bu zaman elektrik cərəyanı onu vurub və N.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.