Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qanunla.Az-ın  məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “Honda” markalı minik avtomobilinin dəmir maneələrə çırpılması nəticəsində  ağır xəsarət alan Şəki sakinləri Məlakət Süleymanova və 1993÷cü il təvəllüdlü  Yusif Süleymanlı xəstəxanaya çatdırıllb.

Xəstəxanada Yusif Süleymanlının qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.Yevlaxda ağır qəza - 32 yaşlı oğlanın qolu amputasiya olundu (FOTO)