image-2000_150
image-970_50
image-fotojet-10backend

Yevlaxda sakinlər bərbad yollardan şikayətçidir – FOTO/VİDEO

image-728_90

Yevlaxda yol problemi sakinləri çıxılmaz vəziyyətə salıb.

Bu barədə Oxu.Az-a Yevlax sakinləri məlumat verib.

Onların sözlərinə görə, söhbət Yevlax şəhəri Çənlibel qəsəbəsindən gedir. Qəsəbənin İsrafil Məmmədov küçəsində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olduğunu deyirlər:

“Yollar palçıq içərisindədir. Nəinki avtomobil, heç piyada da bu yollarda hərəkət edə bilmir. Yevlax şəhər İcra Hakimiyyətinə problemlə bağlı müraciət etsək də məsələyə baxılmır. Yüzlərlə müraciətdən sonra yollara torpaq töküldü. Amma 10 aydır ki yolları nisbətən daha normal vəziyyətə salacaqlarını desələr də məsələyə baxan yoxdur. Müraciətlərimizə isə bildirilib ki, yaşadığımız ərazinin yollarının təmirinə pul vəsaiti ayrılmayıb”.

 

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki