image-qanunla-reklam
image-89c64809-6230-44a5-b56a-81da8d7f4f89

Yevlaxda şəhidi Tağıyev Əkbərin xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksinin açılış olub-FOTO

image-lady-day-az

 

Abidə-bulaq kompleksinin açılış mərasimində YAP Yevlax rayon təşkilatının rəhbərliyi və fəalları,digər rəsmi şəxslər,şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı,YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov şəhidlərin keçidiyi qısa və şərəfli həyat yolundan söhbət açaraq,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük Zəfərlə Ermənistanı ağır məğlubiyyətə uğratmasından danışdı.

Ermənistanın məğlubedilməzlik ideologiyasını məhv edən qəhrəman gənclərimizin məhz Ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı cənab İlham Əliyevin hakimiyyəti illərində cəsur və milli vətənpərvər ruhda yetişdiyini diqqətə çatdıran deputat İlham Məmmədov Azərbaycan xalqının möhtəşəm Qələbəmizlə yeni tarix yazmasından geniş bəhs etdi.
Daha sonra tədbirdə çıxış edən rəsmi şəxslər,şəhidin ailə üzvləri,döyüş yoldaşları və digər mərasim iştirakçıları Əkbər Tağıyevin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqdan və müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatı nəticəsində xalqımızın 30 illik Vətən həsrətinə son qoyulmasından söhbət açıblar.Sonda Yuxarı Qarxun kənd tam orta məktəbinin şagirdlərinin şəhidin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilmiş və xatirə şəkilləri çəkilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin.

image-a9cbd6e0-e0dd-41c9-802a-ff72b6be6de1 image-b755cbba-0e17-429a-ad86-2a903469f969 image-dd0aa914-5b20-48b2-94b6-07bcee0eb0f7

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki