18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli, bununla əlaqədar bu gündən etibarən fevralın 3-dək Bakıda hazırlıq keçməli idi.
“Qanunla.az” xəbər verir ki, prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.
COVID-19 testi pozitiv nəticələnənlərin siyahısını diqqətinizə çatdırırıq:
Futbolçular: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov , Sənan Ağalarov
Məşqçi: Aslan Kərimov
İnzibatçı: Ehtiram Abbasov