Yanvar ayının 16-da Zərdab rayon Polis Şöbəsi və Zərdab Gənclər evi SXM-in təşkilatçılığı ilə Zərdab Gənclər evində “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirildi.
Qanunla.Az xəbər verir ki, tədbirdə çıxış edənlər yeniyetmə və gənclərin yol hərəkəti qaydaları haqqında bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasının əhəmiyyətindən, baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyindən bəhs etdilər.
Sonda Zərdab Gənclər evi tərəfindən mövzuya uyğun hazırlanmış maarifləndirici slayd nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Aktiv gənclərə hədiyyələr təqdim olundu.
Vüqar Rəhimov