Xəbər verdiyimiz kimi, mayın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final mərhələsi keçirilib. Həlledici görüşü dövlət və hökumət rəsmiləri də izləyiblər.
Onlar arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş prokuror Kamran Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmilər də olub.
Qeyd edək ki, final matçında FHN DTX üzərində 8:7 hesablı qələbə qazanaraq çempionluğu bayram edib.