image-qanunla-reklam
image-afina

Yunanıstan Azərbaycanla bağlı bu qadağanı ləğv etdi

image-lady-day-az

Yunanıstan Mülki Aviasiya İdarəsi ölkəyə giriş məhdudiyyətlərindən azad olan ölkələrin vətəndaşları siyahısına Azərbaycanı əlavə edib.

Qanunla.az Trend-ə istinadən xəbər verir ki, məhdudiyyətlərdən Avropa İttifaqı və Şengen zonasının daimi sakinləri ilə yanaşı Albaniya, Avstraliya, Bəhreyn, Belarus, Bosniya və Herseqovina, Kanada, Çin, İsrail, Yaponiya, Küveyt, Livan, Çernoqoriya, Yeni Zelandiya, Şimali Makedoniya, Qətər, Rusiya, Ruanda, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Koreya, Tayland, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ vətəndaşları məhdudiyyətlərdən azad olunub.

Bu ölkələrdən Yunanıstana gələn bütün şəxslərin gəlməzdən ən azı 14 gün əvvəl koronavirus əleyhinə peyvənd olunduğu təsdiq edən sertifikatı (ingilis dilində) olmalıdır. Alternativ olaraq, COVİD-19 ilə bağlı neqativ PCR testini gəlişdən 72 saat əvvəl və ya Yunanıstana gəlməzdən 48 saat əvvəl verilmiş ekspress-testin neqativ nəticəsini təqdim etmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki