image-qanunla-reklam
image-7f3da42dd898de59076a7905cd108f90

Yunanıstan Kiyevə “Patriot” və “S-300” sistemləri verməyəcək

image-lady-day-az

Yunanıstan Ukraynaya Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri və “S-300” göndərmək niyyətində deyil.

Qanunla.Az xarici mediaya istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Kiryakos Mitsotakis deyib.

“Yunanıstan Ukraynaya nə “Patriot”, nə də “S-300” sistemi verməyəcək. Biz ölkə otdusunun baş qərargahının razılığı ilə Ukraynaya digər növ zenit sistemləri, daha qısa mənzilli sistemləri verdik”, – o, NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra mətbuat konfransında bildirib.

Bundan əlavə, Mitsotakis ölkənin Kiyevə “F-16” qırıcıları göndərməyi planlaşdırmadığını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki