İordan çayının qərb sahilindəki Nablus şəhərində Hz. Yusif peyğəmbərin məzarı dağıdılıb.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, bunu Fələstin ərazilərində həyata keçirilən hərbi əməliyyatın ardınca qəzəbli bir qrup fələstinlinin etdiyini bildirib.
İsrail ordusunun sözçüsü, briqada generalı Ron Koçau deyib ki, 100-ə yaxın qəzəbli fələstinli gənc ötən şənbə gecəsi Yusifin məzarına doğru yürüş edib, orada əvvəlcə məzarı dağıdıb, sonra isə məzarı yandırıblar.
Bildirilib ki, Fələstin təhlükəsizlik qüvvələri qısa müddət sonra gəlib və fələstinliləri ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, Yusif peyğəmbərin məzarının olduğu deyilən bu yer tarixən və dini baxımdan İslam, Yəhudi və Xristian dinlərinin münayəndələri üçün müqəddəsdir.