Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin “Yuventus” klubu “Udineze” ilə heç-heçə oynayıb.
Qanunla.Az xəbər verir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki “Dacia Arena”da keçirilib.
“Yuventus”dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), “Udineze”dən isə Roberto Pereyra (51 – penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştiano Ronaldonun qolu hakim videoasistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.
28 avqustda keçiriləcək növbəti turda isə “Yuventus” öz meydanında “Empoli” ilə oynayacaq, “Udineze” isə bir gün əvvəl “Venesiya”nı qəbul edəcək.