image-qanunla-reklam
image-cek-300x203

Yüzminlər adından Prezidentə müraciət

image-lady-day-az

“Özəlləşdirmə Çekləri Qrupu”nun yüzminlərlə üzvü insan hüquqlarının və ədalətin bərpası üçün ölkə başçısı İlham Əliyevə müraicət ünvanlayıblar.

Millitribuna.az həmin müraciəti təqdim edir:

“Cənab Prezident!

Özəlləşdirmə çeklərini satmayan ailələr adından sizdən çox xahiş edirik ki, ədaləti bərpa edəsiniz. Ulu Öndər Heydər Əliyevin qanunla xalqa vəd etdiyi miras əmlak payımızı atanızın 100 illik yubiliyenə qədər verəsiniz və xalqı sevindirəsiniz. Heç bir fərman Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və Qanunları poza bilməz.

Cənab Prezident,

Tarixi, siyasi, hüquqi, sosial, iqtisadi və mənəvi əsasları olan özəlləşdirmə 12 ildir ki, Konstitusiya və Qanunlara zidd aparılır. Konstitusiya və qanunlar, “Quran” ayələri, haqq-ədalət prinsipi, atanızın və dövlətin tarixi ədalət siyasəti, beynəlxalq hüquq və insan haqları, Ulu Öndərin 1995-ci ildə Prezident Sarayındakı tarixi çıxışı zamanı xalqa verdiyi miras əmlak payı vədi, dövlətçilik və xalqın dövlətə inamı pozulub.

Çoxsaylı hüquqşünas alimlərin 2021-2022-ci illərdə özəlləşdirmə çekləri barədə apardıqları elmi- praktik araşdırmaların üzə çıxardığı hüquqi səhvlər PA hüquqşünasları və məmurları tərəfindən Sizdən gizlədilir. İşbaz məmurların Sizə və Xalqa laqeydsizliyi Sizin ləyaqətinizəqara ləkə salır. Bu hüquqi səhvlər və faktlar gələcəkdə Sizə qarşı korrupsiya cinayəti işi kimi istifadə olunacaq. Mülki Məcəllədə 384.0.5 dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.

Cənab Prezident,

Çox xahiş edirik ki, xalqın haqq səsinə laqeyd qalmayın və bu yazıları oxuyun:

Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız kimi qələmə verməsi cinayətdir – https://huquqaz.com/?p=7793
Cənab prezidenti kim aldadır? – https://www.qanunla.az/cenab-prezidenti-kim-aldadir/
Özəlləşdirmə çekləri ilə bağlı bütün faktlar burada – https://www.facebook.com/…/66847…/posts/1577668382596133

Xahiş edirik, bir sualımıza cavab verəsiniz.

Qanunla bu gün dövriyyədə olan, ancaq sizin fərmanınızla tədavülü başa çatmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvalentinin nominal qiyməti nə vaxt qoyularaq yenidən tədavülə qaytarılacaq?

Hörmətlə,

Özəlləşdirmə çeklərini ümidlə saxlayan, Ulu Öndərin 100 illik yubileyinə qədər Sizin tərəfinizdən tarixi ədalətin bərpa olunacağına inann yüzminlərlə ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu

https://www.facebook.com/groups/668471343515846

https://www.facebook.com/…/permalink/1818336521862650/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki